“Ermənistan hökumətinin qərarı ilə ümumtəhsil məktəblərində bəzi fənlər dəyişdirilib”.
Referans.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.
O bildirib ki, “Erməni kilsəsinin tarixi” və “Erməni xalqının tarixi” fənləri proqramdan çıxarılıb və yerinə “Ermənistan tarixi” fənni keçirilir.
Bundan əlavə, Abovyan qeyd edir ki, 2025-ci il noyabrın 1-dən Ermənistan sərhəd xidmətinin möhürlərindən Ağrı dağı təsviri çıxarılıb:
“Hökumət hələlik bu qərarın səbəbini aydın şəkildə izah etməyib.
Həmçinin 2026-cı ildən bəzi məktəblərdə Azərbaycan dili tədris olunacaq. Hazırda sınaq proqramına üç ümumtəhsil məktəbi daxildir, gələcəkdə isə proqramın genişləndirilməsi planlaşdırılır.
Əgər kimsə bu üç hadisə arasında birbaşa əlaqə görmürsə, deməli, ciddi psixoloji problemi var”.























