Nazir Adil Kərimli Laçında bu tarixdə vətəndaş qəbulu keçirəcək

Mədəniyyət naziri Adil Kərimli avqustun 27-də, saat 10:00 da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən Referans Media-a verilən məlumata görə, görüşdə Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar avqustun 21-dək nazirliyin elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki