Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.
Bununla bağlı Referans Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Ziyafət Kamal qızı Qurbanovanın və 1986-cı il təvəllüdlü Nurlana Muradxan qızı Məmmədovanın meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
