Beşiktaşda baş məşqçi Sergen Yalçının transfer olunmasını istədiyi ilk futbolçu bəlli olub. Təcrübəli mütəxəssis ulduz müdafiəçini heyətində görmək istəsə də, yüksək maliyyət səbəbindən klub rəhbərliyi transferə razılıq verməyib.
Referans Media xəbər verir ki, ara transfer dövrü üçün danışıqları davam etdirən Beşiktaş rəhbərliyi heyətə 4-5 yeni futbolçu cəlb etməyi planlaşdırır. Bu çərçivədə ilk hədəfin kim olduğu da üzə çıxıb.
Beşiktaşın baş məşqçisi Sergen Yalçın, İtaliya Serie A təmsilçisi İnterdə çıxış edən braziliyalı müdafiəçi Carlos Augustonun transferini istəyib. Aparılan maliyyət araşdırması zamanı Milan klubu futbolçu üçün 20 milyon avro bonservis tələb edib.
Bu məbləğin klub üçün yüksək hesab edilməsi səbəbindən transferin hazırda çıxmaza girdiyi bildirilir. Məsələ ilə bağlı rəhbərliklə texniki heyətin yenidən müzakirə aparacağı qeyd olunur.
26 yaşlı Carlos Augusto cari mövsümdə meydana çıxdığı 24 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə diqqət çəkib.






















