Bir gündə 164 milyard dollar QAZANDI - Dünya tarixində bir İLK

Dünyanın ən zəngin 500 insanının ümumi sərvəti iyunun 15-də ABŞ və İran arasında sülh sazişi xəbərləri fonunda fond indekslərinin yüksəlməsi sayəsində bir gündə 336 milyard dollar artıb.

Referans Media  xəbər verir ki, "Bloomberg"in hesablamalarına görə, bu, müşahidə tarixi ərzində qeydə alınan ən yüksək birgünlük artım olub.

Son artımlardan sonra dünyanın ən varlı 500 insanının sahib olduğu aktivlərin ümumi dəyəri 13,3 trilyon dollara çatıb. İlon Mask bu siyahıdakı liderliyini daha da möhkəmləndirib.

Onun aerokosmik şirkəti "SpaceX"in səhmlərinin demək olar ki, 20% dəyər qazanması nəticəsində iş adamının sərvəti 1,27 trilyon dollara yüksəlib. Mask cəmi bir gün ərzində 164 milyard dollar varlanıb ki, bu da siyahıdakı digər 499 nəfərin aktivlərinin ümumi artımına bərabərdir.

Siyahıda ikinci yerdə qərarlaşan Larri Peycin aktivləri 314 milyard dollar, Sergey Brinin sərvəti 292 milyard dollar, Ceff Bezosun 267 milyard dollar, Larri Ellisonun sərvəti isə 247 milyard dollar təşkil edir. (musavat.com)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki