"Qalatasaray" yeni mövsüm öncəsi müdafiə xəttində ciddi itki ilə üzləşib. Komandanın fil dişili müdafiəçisi Vilfrid Sinqonun zədəsinin gözləniləndən daha uzun sürəcəyi bildirilib.
Referans Media xəbər verir ki, Dünya Kuboku zamanı zədələnən 25 yaşlı futbolçunun müalicəsi davam edir və tam hazır vəziyyətə gəlməsi üçün daha iki həftəyə ehtiyac var.
Bu səbəbdən Sinqo avqustun 14-də Türkiyə Super Liqasının ilk turunda "Çorum FK"ya qarşı keçiriləcək oyunda "Qalatasaray"a kömək edə bilməyəcək.
Yeni mövsüm ərəfəsində Davinson Sançesin komandaya qayıtması məşqçilər korpusunu sevindirsə də, Sinqonun yoxluğu müdafiə xəttində planlara təsir göstərə bilər.
Vilfrid Sinqo ötən mövsüm "Qalatasaray"ın heyətində 29 rəsmi oyunda meydana çıxaraq 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb və komandanın əsas müdafiəçilərindən biri kimi çıxış edib.
