Bəzən insanlar bir-birinə nə qədər cəzb olunsa da, münasibətlər uzunmüddətli və sağlam olmur. Astrologiyaya görə, bəzi bürclər bir-birinə uyğun gəlmir və evlilik kimi ciddi addımlar bu cütlüklər üçün fəlakətlə nəticələnə bilər.
Referans astrologiyanın “qətiyyən evlənməməlidirlər” dediyi bürc cütlüklərini təqdim edir:
Qoç – Oğlaq
Qoçun enerjisi və macəra həvəsi, Oğlağın ciddi, planlı və nizamlı təbiəti ilə toqquşur. Qoç risk almağı sevir, Oğlaq isə sabitlik axtarır. Bu fərqlər uzunmüddətli münasibətdə ciddi narazılıqlara səbəb olur.
Buğa – Dolça
Buğa sabitlik, komfort və sadə həyat arzulayır. Dolça isə azad ruhlu, qeyri-adi və dəyişiklik sevəndir. Bu iki fərqli dünyanı birləşdirmək çox çətindir və evlilikdə xoşbəxtlik ehtimalı zəifdir.
Əkizlər – Əqrəb
Əkizlər sosial, açıq və sərbəstdir, Əqrəb isə dərin, qısqanc və sirrlərlə doludur. Əqrəb əkizlərin dəyişkən və səthi davranışlarını bağışlamır. Bu münasibətdə çox emosional gərginlik yaşana bilər.
Xərçəng – Oxatan
Xərçəng emosional, evə bağlı və həssasdır. Oxatan isə sərbəstliyi, səyahəti və sərgüzəştləri sevir. Xərçəngin gözləntiləri Oxatan üçün “boğucu” ola bilər. Nəticədə, bir-birlərini anlamamaları münasibəti dağıda bilər.
Şir – Balıqlar
Şir diqqət və tərif istəyir, Balıqlar isə sakit, duyğusal və tez incik olur. Şirin dominantlığı Balıqları əzir, Balıqların özünə qapanması isə Şiri əsəbiləşdirir. Bu cütlük bir yerdə uzun müddət qala bilməz.
Ulduzlara inananlar üçün xəbərdarlıq:
Bu bürclərin münasibəti qısamüddətli ehtiraslı olsa da, uzunmüddətli evlilik üçün uyğun deyil. Əgər bu cütlüklər ailə qurmaq istəsələr, ciddi kompromislər və anlayış tələb olunur.
Ulduzlar nə desə də, hər insan fərqlidir. Amma əgər astrologiyaya inanırsınızsa, bu uyğunluqları nəzərə almaq faydalı ola bilər.//milli.az