Meşə yanğını 52 gün sonra söndürüldü

Serbiyanın şimal-şərqində yerləşən Deliblato Qumları ərazisində avqustun 2-də başlayan meşə yanğını 52 gün sonra tamamilə söndürülüb.

Referans Media xarici mediaya istinadən xəbər verir ki, Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, yanğının söndürülməsində Çexiya, Slovakiya və Rumıniyadan olan qruplar da iştirak edib.

Daçiç yanğını Serbiya tarixində ən çətin və böyük meşə yanğınlarından biri kimi qiymətləndirib. Söndürmə işləri zamanı can itkisinin olmadığı bildirilib.

Yanğının söndürülməsinə 560-dan çox yanğınsöndürən və 170 yanğınsöndürən avtomobili cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki