İran hava yolu şirkətlərinin BƏƏ-yə bütün uçuşları ləğv edildi

İran mətbuatı ABŞ-ın sanksiya qərarından sonra İran hava yolu şirkətlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bütün uçuşlarının ləğv edildiyini bildirib.

Referans Media xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (ISNA) məlumatına görə, İranla BƏƏ arasında bütün uçuşlar dayandırılıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent İran hava yolu şirkətlərinin fəaliyyətinin sentyabrın 23-dən etibarən qlobal miqyasda dayandırılacağını açıqlamışdı.

Sanksiya qərarından sonra sentyabrın 23-də Tehran-Bağdad və Tehran-Maskat reysləri də ləğv edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki