Pezeşkian Laricaninin yerinə onu təyin etdi – FOTO

İranın keçmiş SEPAH komandanı və Ali Rəhbərin müşaviri Möhsün Rzayi ölkənin Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.

Referans Media xəbər verir ki, qərar İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanan sərəncamla rəsmiləşdirilib.

Rzayi bu postda istefa verən Məhəmməd Baqer Zolqədrini əvəz edib.

Qeyd edək ki, Zolqədr 27 martda Əli Laricaninin ölümündən sonra Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilmişdi. İran Ali Rəhbərinin ofisinin məlumatına əsasən, Zolqədr yeni mərhələdə Müctəba Xameneinin siyasi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərəcək.

Möhsün Rzayi isə uzun illər SEPAH-a rəhbərlik edib və İranın təhlükəsizlik və hərbi siyasətində mühüm fiqurlardan biri hesab olunur./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki