Estoniya hökuməti Rusiya və Belarus vətəndaşlarının bu ölkədə daşınmaz əmlak əldə etmək imkanlarını məhdudlaşdırır.
Referans Media xəbər verir ki, bu ölkədə yaşayış icazəsi olmayan Rusiya və Belarus vətəndaşlarının, bu ölkələrdən olan şirkətlərin və onların nəzarəti altında olan hüquqi şəxslərin Estoniya ərazisində daşınmaz əmlak əldə etməsini qadağan edən qanun layihəsi bu gün təsdiqlənib.
Bildirilir ki, qanuna düzəlişin məqsədi düşmən dövlətlərin Estoniyadakı daşınmaz əmlakdan kəşfiyyat və təxribata hazırlıq, eləcə də strateji əhəmiyyətli mövqelər yaratmaq üçün istifadə etmə riskini azaltmaqdır./Publika.az
