Maşınlar toqquşdu, 4 nəfər xəsarət aldı

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində olub.

Məlumata görə, “KIA” və “VAZ-2106” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki