Trampla Netanyahu razılığa gəldi

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Referans Media xəbər verir ki, söhbət zamanı tərəflər yaxın gələcəkdə ABŞ-da şəxsi görüş keçirmək barədə razılığa gəliblər.

Netanyahu ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Trampı təbrik edib.

O, İsrailin ABŞ ilə strateji müttəfiqliyə böyük önəm verdiyini bildirib və Vaşinqtonu qlobal azadlığın təminatçısı kimi qiymətləndirdiyini vurğulayıb.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki