Çin şirkəti “Insta360” işçilərinə hər 500 qram arıqladıqları üçün 500 yuan (təxminən 70 ABŞ dolları) mükafat verəcəyini elan edib.
Referans xəbər verir ki, işəgötürən bu təşəbbüsü sağlam həyat tərzini təşviq etmək, əməkdaşları idmanla məşğul olmağa və düzgün qidalanmağa həvəsləndirmək məqsədilə həyata keçirib.
Proqram çərçivəsində bir qadın əməkdaş 90 gün ərzində 40 kiloqram arıqlayaraq 20 min yuan (təxminən 2,8 min ABŞ dolları) mükafat qazanıb. Onun sözlərinə görə, bu nəticəyə çatmaq üçün o, qidalanmasına ciddi nəzarət edib və hər gün 1,5 saatlıq məşq prosesi keçib.
Qeyd olunur ki, proqram iştirakçıları çəkiyə diqqətlə nəzarət etməlidirlər. Hər 1 kiloqram üçün 800 yuan (təxminən 112 ABŞ dolları) cərimə tətbiq olunur.
Xatırladaq ki, 2025-ci ilin martında The Lancet jurnalında dərc olunan araşdırmaya əsasən, 2021-ci ildə Çində artıq çəki və piylənmə problemi yaşayanların sayı 400 milyonu keçib ki, bu da ölkə əhalisinin üçdə birindən çoxunu təşkil edir. Proqnozlara görə, 2050-ci ilədək bu rəqəm 630 milyona çata bilər. (Bizim.media)