Bu universitetlərdə dərslər onlayn keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Ali Neft Məktəbində (BANM) bu həftə dərslər onlayn rejimdə keçiriləcək.

Referans Media xəbər verir ki, bu barədə "Yeni Sabah"a verilən məlumata görə, qərar Formula 1 Bakı Qran Prisi ilə əlaqədar qəbul edilib.

Belə ki, yarışla əlaqədar Bakıda bir sıra ərazilərdə hərəkət məhdudiyyətlərinin tətbiq olunması nəzərə alınaraq, universitetlərdə tədrisin onlayn formatda təşkilinə qərar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki