Cevdet Yılmaz səfirimizi qəbul etdi

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinə yeni başlayan Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovu qəbul edib.

    Referans Media xəbər verir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma prosesləri müzakirə olunub.

    “Qardaşlıq təməlinə söykənən münasibətlərimizi, iqtisadiyyat, enerji və bağlantısallıq sahələrində əməkdaşlığımızı, Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma proseslərini müzakirə etdik”, – deyə Cevdet Yılmaz qeyd edib.


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki