Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə Ələt-Astara magistralının 142-ci km-dəŞ Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
