Cəlilabadda qəza: xəsarət alan var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Referans Media Lent.az-a istinadla xəbər verir ki, qəza şəhərin Xətai və A.Azərtürk küçələrinin kəsişməsində qeydə alınıb.

Masallı rayon sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən “Ford” markalı yük maşınının qarşısına çıxıb və nəticədə qəza baş verib.

Toqquşmadan sonra “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki