Futbol oyununda kütləvi dava: 51 qırmızı vərəqə göstərildi - Video

Braziliyada keçirilən futbol matçı böyük dava ilə başa çatıb və hakim rekord sayda – 51 qırmızı vərəqə göstərib.

Referans Media xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Sözügedən matçda Mines Kerays ştatının ikinci divizionunda “Uberlandi” ilə “Mamore” qarşılaşıb.

54-cü dəqiqədə hakim Fernando Patrik topdan kənar insident zamanı rəqib oyunçunun qarnına yumruq vurduğuna görə “Uberlandi”inin oyunçusu Luique Bispo dos Santosu meydandan qovub.

Bundan sonra rəhbərlikdən bir neçə nəfər və məşqçi hakimə hücum edərək onu fiziki zorakılıqla hədələyiblər. Matç dayandırılıb.

Matç sonradan davam edib, lakin qısa müddətə: iki dəqiqə sonra “Mamore” daha bir qol vuraraq hesabı 3-1 edib.

Qol vuran Davi Fernandes “Uberlandi” komandasına qarşı təxribatçı ifadələr səsləndirərək rəqib komandanın ehtiyat oyunçular skamyasına tərəf qaçıb.

Bu zaman kütləvi dava baş verib və oyunun demək olar ki, bütün iştirakçıları davaya qoşulub.

Oyun erkən dayandırılıb və davanı yatırmaq üçün hərbi polis qrupu çağırılıb.

40 dəqiqə davam edən dava zamanı stadiona və yeraltı əraziyə ciddi ziyan dəyib. Hakim davada iştirak edənlərə rekord sayda – 51 qırmızı kart göstərib: 43-ü oyunçulara, 8-i isə məşqçilərə və işçi heyətinə. Hər iki komandaya texniki məğlubiyyət verilib./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki