Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.
Referans.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Müstəqilliyimizin və suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün bütün suveren Azərbaycan ərazilərində dalğalanır. Milli qürur mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm”.























