2026-cı il Dünya Kubokunun əsas ulduzlarından biri olan Erlinq Haaland mundialdan sonra yaxşı istirahət edir.
Referans Media xəbər verir ki, hücumçu Fransa sahillərində tətildədir.
Əvvəlcə o, 26-cı doğum gününü Sent-Tropedə uzun müddətdir dostu olan Riyad Mahrez ilə birlikdə dəbdəbəli şəkildə qeyd etdi. Norveçli şəhər klublarından birində yaxşıca əyləndi. Daha sonra o, Monakoya tətilə getdi. Orada isə azarkeşlər onu dəbdəbəli mavi “Ferrari”də lentə alıblar. Erlinq lüks avtomobillərə olan sevgisi ilə tanınır.//Publika.az
