Bakının mərkəzi küçəsində su borusu partlayıb, içməli su ətrafa yayılıb.
Referans Media Oxu.az-a istinadla xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində baş verib.
Hazırda ərazidə müvafiq qurumun əməkdaşları tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.



