Çində asma körpü uçdu – Ölənlər varbackend

Çində asma körpü uçdu – Ölənlər var

  Çinin şimal-qərbindəki Sincan-Uyğur vilayətindəki asma körpü uçub.

Referans “XinJang” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 24-ü yaralanıb.

Muxtar Prefekturanın Zhaosu rayonunda körpünün asma kabellərindən biri qoparaq göyərtənin əyilməsinə səbəb olub. Ümumilikdə 29 nəfər körpüdən yıxılıb.

Xəsarət alanlardan 22-si yüngül, ikisi isə ağır yaralanıb. Bütün yaralılar tibbi yardım üçün dərhal yerli xəstəxanalara çatdırılıb.(“Qafqazinfo”)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki