Ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar mövcuddur. Təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Referans Media xəbər verir ki, bunu Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “STEAM Azərbaycan” layihələrini qeyd etdi, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğuladı.
