Martinelli top fərqini artırıb.
Referans Media xəbər verir ki, 90+6 dəqiqədə Braziliya yığması rəqibi üstələyib.
***
Braziliya hesabı bərabərləşdirib.
Referans Media xəbər verir ki, bərabərlik qoluna 56-cı dəqiqədə Kazemiro imza atıb.
***
Yaponiya fasiləyə 1 top üstünlüklə yollanıb.
***
Yaponiya hesabı açıb.
Referans Media xəbər verir ki, 29-cu dəqiqədə Kaişu Sano Yaponiyaya ilk qolu qazandırıb.
***
DÇ-2026-nın 1/16 final mərhələsində Braziliya və Yaponiya milliləri arasında oyun başlayıb.
Referans Media xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Braziliya mundialın əsas favoritlərindən biri kimi növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparır. Yaponiya isə turnirin sürpriz komandalarından biri olaraq güclü rəqibi qarşısında uğurlu nəticə qazanmağa çalışır.
Matçın əsas vaxtında qalib müəyyənləşməyəcəyi təqdirdə əlavə vaxt, lazım gələrsə penaltilər seriyası oynanılacaq.
Musavat.com qarşılaşmada baş verən önəmli hadisələri operativ şəkildə oxuculara çatdıracaq.
