Tramp “Hizbullah”ı belə xilas edib – Katz sirləri açdı…

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ABŞ Prezidenti Donald Tramp İran və Livanı vahid yanaşma çərçivəsində qiymətləndirdikdən sonra ölkəsi Beyruta endirdiyi zərbələri dayandırıb.

Referans Media xəbər verir ki, nazirin sözlərinə görə, İran və Livan cəbhələrinin qarşılıqlı əlaqələndirilməsi ABŞ-ın maraqlarına uyğundur və bu, Vaşinqtonla Təl-Əviv arasında strateji tərəfdaşlığın tərkib hissəsidir.

“Bu hərbi əməliyyatlar arasındakı əlaqə ABŞ-ın maraqlarına cavab verir və Birləşmiş Ştatlarla tərəfdaşlığımızın xüsusiyyətidir. Əgər Livan və İran istiqamətləri arasında bu bağlılıq olmasaydı, Hizbullah məhv edilərdi”, – deyə Katz vurğulayıb./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki