Rusiyanın Yekaterinburq şəhərində yağan güclü yağışlar nəticəsində küçələri su basıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yolların və küçələrin yağış suları altında qaldığı, nəqliyyatın hərəkətində çətinlik yarandığı görünür.
Məlumata görə, şəhərdə gün ərzində leysan yağışı davam edib. Sinoptiklər sabah da Sverdlovsk vilayətində güclü leysanların gözlənildiyini bildiriblər.
Yerli sakinlərə ehtiyatlı olmaları və zərurət olmadıqca açıq havada uzun müddət qalmamaları tövsiyə edilir./Musavat.com
