Putin Zelenskinin təklifini RƏDD ETDİ – “Onlar istəyir ki…”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamalar verib.

Referans Media  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

O, Ukraynanın döyüşlərin yalnız yeni ilhaq edilmiş bölgələrlə məhdudlaşdırılması və tərəflərin qarşılıqlı şəkildə uzaq məsafəli zərbələri dayandırması barədə təklifini qəbul etmədiyini deyib:

“Bu təşəbbüsün məqsədi Ukrayna ordusuna vaxt qazandırmaq və qüvvələrini yenidən yerləşdirməkdir. Kiyev rejimini xilas etmək planlarımız arasında yoxdur”.

Putinin sözlərinə görə, əgər Rusiya bu təkliflə razılaşsaydı, Ukrayna Silahlı Qüvvələri Nikolayev, Dnepropetrovsk, Xarkov, Sumı vilayətləri və dövlət sərhədinin bəzi hissələrindəki bölmələrini Donetsk, Luqansk, Zaporojye və Xerson istiqamətlərinə köçürə bilərdi.

O iddia edib ki, şəxsi heyət çatışmazlığı yaşayan Ukrayna ordusu bununla vəziyyətini yaxşılaşdırmağa çalışır və Moskva buna imkan verməyəcək.

“Ukrayna cəbhədə uğur qazana bilmədiyi üçün Rusiyanın infrastrukturunu hədəfə alır. Rusiya isə hava hücumundan müdafiə sistemlərini gücləndirir, yeni vasitələrin istehsalını artırır. Əsas prioritet insanların və kritik infrastrukturun qorunmasıdır”, – deyə Putin bildirib.

O əlavə edib ki, hücuma məruz qalan obyektlər qısa müddətdə bərpa olunur:

“Rusiya ordusu bütün cəbhə xətti boyunca irəliləməsini davam etdirir. Dobropolyə istiqamətində Ukraynanın üçpilləli müdafiə xətti yarılıb və şəhərin arxasında əvvəlcədən hazırlanmış güclü müdafiə mövqeləri yoxdur.

Kursk vilayətinə hücum cəhdlərindən sonra Sumı və Volçansk istiqamətində “təhlükəsizlik zonası” yaradılması barədə qərarı verilib. Rusiya qüvvələri Sumı şəhərinə təxminən 10,5 kilometr məsafədədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki