Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində birgə iştirak etmək barədə razılığa gəliblər.
Referans Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Oman sultanı Heytəm bin Tarek Əl Səidlə görüşdən sonra açıqlayıb.
Onun sözlərinə görə, tərəflər dəniz yollarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazından sərbəst və qeyd-şərtsiz keçidi təmin etmək üçün tərəfdaşları ilə birlikdə işləmək niyyətindədirlər.
Liderlər həmçinin Yaxın Şərqdəki vəziyyətin gərginliyini azaltmaq üçün işləri davam etdirmək barədə razılığa gəliblər./Publika.az
