Şəmkirdə itkin düşən 14 yaşlı yeniyetmənin meyiti TAPILDI

Şəmkirdə itkin düşən 14 yaşlı yeniyetmənin meyiti aşkar edilib.

Referans Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.

2012-ci il təvəllüdlü F.Rzayevin meyiti yaşadığı evin arxa hissəsində tapılıb. 14 yaşlı yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki