Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib – RƏSMİ

Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib.

Referans Media xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib.
 

Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib.


2023-cü ilin noyabrından tətbiq edilən "Himayədar ailə" qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki