Sıla illər sonra sirri açdı: “Əsla bağışlamayacağam!”

Türkiyəli müğənni Sıla Gençoğlu karyerasının ilk illərində yaşadığı maraqlı hadisəni danışıb. Kenan Doğulunun vokalisti olduğu dövrdə turnə zamanı istirahət məntəqəsində unudulan sənətçi həmin hadisəni illər keçsə də unutmadığını bildirib.

Referans Media xəbər verir ki, Sıla qatıldığı proqramda Kenan Doğulu ilə işlədiyi illərdən danışarkən turnə zamanı başına gələn hadisəni xatırladıb. Həmin vaxt gənc olduğunu və turnə heyətində yeganə qadın olduğunu deyən müğənni şəhərlərarası səfərlər zamanı yaşadıqları bir hadisənin yaddaşında qaldığını söyləyib.

Sənətçinin sözlərinə görə, avtobus istirahət məntəqəsində dayanarkən o, tualetə gedib. Geri qayıdanda isə turnə avtobusunun artıq yola düşdüyünü görüb.

“Bir çıxdım, avtobus yoxdur, abi! Avtobus haradadır dedim? Yox. Məni unutdular”, – deyə Sıla həmin an yaşadığı təəccübü ifadə edib.

Müğənni bildirib ki, turnə heyəti onun avtobusda olmadığını təxminən beş dəqiqə sonra anlayıb və geri qayıdaraq onu götürüb.

Sıla hadisəni yumorla xatırlasa da, yaşadığı vəziyyətə münasibətini gizlətməyib: “Turnedeykən istirahət məntəqəsində unudulmağı əsla bağışlamayacağam”.

O, komandanın gec də olsa geri qayıtmasını xatırladaraq, “Beşinci dəqiqədə fərq etdilər. ‘Sıla yoxdur, Sıla haradadır?’ dedilər. Geri döndülər. Sizə də halal olsun dedim”, – sözlərini əlavə edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki