Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində 250 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.
Referans xəbər verir ki, bu barədə NBC-i yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Son məlumata görə, zəlzələnin gücü 6.0 bal olub və hadisə gecə saatlarında Pakistan sərhədinə yaxın, Cəlalabad şəhərindən 17 mil məsafədə baş verib.
Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, zəlzələ uzaq dağlıq ərazidə baş verdiyindən dəqiq məlumatların toplanması üçün mütəxəssislərə vaxt lazımdır.
“Zərərçəkmiş bölgələrdə insanlara yardım göstərmək üçün genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı səfərbər etmişik,” – deyə o qeyd edib.
Əfqanıstanın Hindquş dağları bölgəsində avqustun 31-də baş vermiş zəlzələ nəticəsində 200-dən çox insan ölüb.
Referans xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, Cəlalabad şəhərində yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb.
Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib.
Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
