Dövlət qurumunda yeni təyinatlar

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.

Referans Media bildirir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.

Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.

Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.

Komitədən “Report”a məlumatı təsdiqləyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki