DÇ-2026-nın rəsmi himni təqdim olundu: Şakira geri döndü – VİDEO

Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib.

Referans Media Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Marca” portalı məlumat yayıb.

Bildirilib ki, mayın 7-də pop ulduz nigeriyalı müğənni Burna Boy ilə birlikdə ifa etdiyi DÇ-2026-nın rəsmi mahnısı olan “Dai Dai” trekindən qısa hissəni sosial şəbəkə hesablarında paylaşıb.

Mahnının rəsmi təqdimatı mayın 14-nə planlaşdırılıb. “Dai Dai” üçün çəkilən klip Braziliyanın məşhur Marakana stadionunda lentə alınıb.

Xatırladaq ki, Şakira bundan əvvəl 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının rəsmi himni olan “Waka Waka” (This Time for Africa) mahnısını da ifa etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki