Türkiyənin Düzce şəhərində azyaşlı iki uşağın siqaret çəkdiyi görüntülər sosial şəbəkələrdə narazılığa səbəb olub. Təxminən 7-11 yaşlarında olduqları ehtimal edilən uşaqlardan birinin onlara irad bildirən vətəndaşa əl işarəsi ilə cavab verməsi də diqqət çəkib.
Referans Media xəbər verir ki, ətrafdakı insanlar uşaqların əlində siqaret gördükdə vəziyyətə etiraz ediblər. Bu zaman təxminən 7-8 yaşlarında olduğu ehtimal edilən oğlan uşaqlarından birinin onları xəbərdar edən şəxsə əl işarəsi etdiyi görüntülənib.
Uşaqların azyaşlı olmasına baxmayaraq siqaret çəkməsi və xəbərdarlığa reaksiyası ətrafdakıların təəccübünə səbəb olub.
Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra çoxsaylı istifadəçilər aidiyyəti qurumları işarələyərək məsələyə müdaxilə edilməsini istəyiblər.
İstifadəçilər uşaqların ailələrinin müəyyənləşdirilməsinə və lazımi tədbirlərin görülməsinə çağırış ediblər. Onlar azyaşlıların siqaretə çıxışının qarşısının alınmasının, eləcə də ailələrlə maarifləndirici işlərin aparılmasının vacibliyini vurğulayıblar.
