Ederson ailəsi ilə qapı-qapı gəzdi: Ehtiyacı olan ailələrə yardım payladı – VİDEO

“Fənərbaxça”nın braziliyalı qapıçısı Ederson bu dəfə meydandakı çıxışı ilə deyil, ailəsi ilə birlikdə həyata keçirdiyi xeyriyyə aksiyası ilə gündəmə gəlib. Ulduz futbolçu həyat yoldaşı Lais və uşaqları ilə birlikdə ehtiyacı olan ailələrə yardım bağlamaları çatdırıb.

Referans Media xəbər verir ki, Edersonun həyat yoldaşı Lais ehtiyacı olan ailələr üçün əsas tələbat məhsullarından ibarət yardım bağlamaları hazırlayıb. Hazırlıq işləri başa çatdıqdan sonra ailə yardımları ünvanlarına çatdırmaq üçün hərəkətə keçib.

Ederson və Lais yardımları sadəcə göndərməklə kifayətlənməyiblər. Cütlük uşaqlarını da özləri ilə götürərək bağlamaları ehtiyacı olan insanlara şəxsən təqdim edib. Beləliklə, futbolçunun ailəsi uşaqların da iştirak etdiyi həmrəylik təşəbbüsünə imza atıb.

Edersonun ailəsi ilə birlikdə həyata keçirdiyi xeyriyyə aksiyası “Fənərbaxça” azarkeşləri tərəfindən də rəğbətlə qarşılanıb. Ehtiyacı olan ailələrə dəstək göstərən futbolçu və ailəsinin bu addımı futbolsevərlərin təqdirini qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki