Dövlət Proqramı üzrə məzun olanların sayı açıqlandı

2025-2026-cı tədris ili ərzində Dövlət Proqramı çərçivəsində təhsilini uğurla başa vuran məzunların sayı 150 nəfər təşkil edib.

Bu barədə Referans Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla da 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində təhsilini başa vuran məzunların ümumi sayı 610 nəfərə çatıb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alan gənclərin müxtəlif ixtisaslar üzrə hazırlığı ölkənin yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə xidmət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki