Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib.
Referans Media APA-ya istinadla xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
“Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə minnətdarlığını bildirir”, – nazir bildirib.
Qeyd edək ki, Venesuelada baş verən zəlzələ nəticəsində azı 164 nəfər ölüb, 1000-ə yaxın insan yaralanıb.
