“Emirates”aviaşirkəti Dubaya və Dubaydan həyata keçirilən bütün uçuşların növbəti rəsmi açıqlamaya qədər dayandırıldığını bildirib.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumatda deyilir: “Dubaya və Dubaydan olan bütün reyslər növbəti bildirişə qədər ləğv edilib. Sərnişinlərdən xahiş olunur ki, hava limanına gəlməsinlər. Yeniliklər olduqca əlavə məlumat təqdim ediləcək. Sərnişinlərimizin və ekipaj üzvlərimizin təhlükəsizliyi bizim üçün ən vacib məsələdir və bu, heç bir halda risk altına atılmayacaq. Anlayış və səbriniz üçün təşəkkür edirik”. Bundan əvvəl, şənbə günü səhər saatlarında KİV-də İran tərəfindən ABŞ-nin Dubaydakı hərbi bazasına zərbə endirildiyi barədə xəbərlər yayılıb. İlkin məlumatlara görə, partlayış Dubayın hava limanı ərazisində qeydə alınıb.
