Türkiyə hökuməti 7-8 iyulda Ankarada keçiriləcək NATO sammitinin hazırlıqlarını, xarici siyasətdə son günlərdə yaşanan hadisələri, İran böhranında əldə edilən razılaşmanı və bölgə üçün nəticələrini, xarici ticarətdəki aktual prosesləri ətraflı şəkildə dəyərləndirib.
Referans Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib.
"28 fevralda başlayan müharibədə dünən gecə çox mühüm bir addım atılıb. Amerika və İran arasındakı münaqişələri sona çatdırmağa yönəlmiş razılaşmanın əldə olunduğu açıqlanıb. Beləliklə, bölgə rahat bir nəfəs almış olub", - Ərdoğan qeyd edib./Publika.az
