Dünən gecə NƏLƏR BAŞ VERDİ? İzləməyənlər peşman oldu

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun qarşılaşmaları baş tutub.

Referans Media xəbər verir ki, A, B və D Liqalarında ümumilikdə 8 matç keçirilib.

A Liqasında Danimarka öz evində Uelsə 2:0, Niderland isə səfərdə Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Portuqaliya səfərdə Norveçi (2:1), Yunanıstan isə Almaniyanı (1:0) üstələyib.

B Liqasında Avstriya öz evində Kosovanı yenib. İrlandiya səfərdə İsraili 3:0 hesabı ilə darmadağın edib.

D Liqasında milli komandamız səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Cəbəllütariq – Andorra görüşündə isə qapılara qol vurulmayıb (0:0).

UEFA Millətlər Liqası. 2-ci tur

A Liqası. 2-ci qrup

Serbiya - Niderland 1:2

Almaniya - Yunanıstan 0:1

Xal durumu: Yunanıstan - 6, Niderland - 4, Almaniya - 1, Serbiya - 0

4-cü qrup

Danimarka - Uels 2:0

Norveç - Portuqaliya 1:2

Xal durumu: Portuqaliya - 6, Norveç - 3, Danimarka - 3, Uels - 0.

B Liqası. 3-cü qrup

Avstriya - Kosova 3:1

İsrail - İrlandiya 0:3

Xal durumu: Avstriya - 6, Kosova - 3, İrlandiya - 3, İsrail - 0

D Liqası. 1-ci qrup

Cəbəllütariq - Andorra 0:0

Xal durumu: Malta - 3 (1 oyun), Cəbəllütariq - 1 (1 oyun), Andorra - 1 (2 oyun)

2-ci qrup

Litva - Azərbaycan 1:1

Xal durumu: Litva - 4 (2 oyun), Azərbaycan - 1 (1 oyun), Lixtenşteyn - 0 (1 oyun)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki