Dünya bazarında neft bahalaşdı

"ICE London" qitələrarası birjasında keçirilən hərraclarda "Brent" markalı neftin qiyməti artıb.

Referans Media  xəbər verir ki, 2026-cı ilin iyul ayı üzrə fyuçers müqaviləsinin dəyəri əvvəlki sessiya ilə müqayisədə 1,09% yüksələrək bir barel üçün 85,65 ABŞ dollarına çatıb.

Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayı üzrə WTI markalı neftin fyuçersləri də bahalaşıb. Belə ki, bir barelin qiyməti 0,76% artaraq 79,94 ABŞ dolları təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki