Qızılın qiyməti ucuzlaşdı

Əmtəə birjalarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb.

Referans Media  xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 0,73% azalaraq 4 039,9 ABŞ dollarına düşüb.

Eyni zamanda, COMEX birjasında gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçersləri də ucuzlaşıb. Belə ki, qiymət 0,51% azalaraq 58,81 ABŞ dolları təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki