Əhalinin DİQQƏTİNƏ: Qaz və işıq limitləri ilə bağlı YENİ QƏRAR VERİLƏCƏK

Havaların soyuması ilə qış aylarında əhalinin qaz və elektrik enerjisinə olan tələbatı artır. Soyuq havalarda evlərin qızdırılması, işıqlandırma və məişət cihazlarından daha intensiv istifadə edilməsi istehlakın yüksəlməsinə səbəb olur. Bu isə bəzi abonentlərin daha yüksək tarif pilləsinə keçməsi ilə nəticələnə bilər.

Qış mövsümündə istehlakın artması fonunda qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitlərin artırılması və ya dəyişdirilməsi məsələsi də gündəmə gəlir. Xüsusilə gəlirləri məhdud olan ailələr üçün kommunal xərclərin artması əlavə maliyyə yükü yarada bilər.

Referans Media-ya açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, hazırda qaz və elektrik enerjisi üzrə limitlərlə bağlı rəsmi qərar və açıqlama olmadığı üçün bu məsələnin necə dəyişəcəyini dəqiq demək mümkün deyil.

Onun sözlərinə görə, istehlakçının sərfiyyatı artıq olarsa, bu barədə hər hansı dəyişiklik edilə bilər.

“Limitin tamamilə ləğvi mümkünsüzdür, lakin limitin yüksələcəyi mümkündür. Vətəndaşların nəzərinə çatdırmaq istərdim ki, qaz üçün illik 1 200 m³-dək 12,5 qəpik/m³, 1 200–2 500 m³ arası 22 qəpik, 2 500 m³-dən yuxarı isə 30 qəpik tarif tətbiq edilir. Aylıq 1 manat sabit tarif də mövcuddur”, – deyə iqtisadçı bildirib.

Günay Hüseynova elektrik enerjisi üzrə mövcud tariflərə də diqqət çəkib. Onun sözlərinə görə, aylıq 200 kVts-dək elektrik enerjisi üçün 8,4 qəpik/kVts, 200–300 kVts arası 10 qəpik, 300 kVts-dan yuxarı isə 15 qəpik tarif tətbiq edilir. Eyni zamanda, ay ərzində 1 manat sabit tarif tətbiq olunur.

İqtisadçı bildirib ki, qış aylarında istehlakın artması fonunda limitlərin yüksəldilməsi mümkündür. O qeyd edib ki, limitlərin tamamilə ləğv edilməsi gözlənilmir.

Günay Hüseynova əlavə edib ki, su tariflərində də dəyişiklik gözlənilir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki