Əhaliyə 122 milyon manat ƏDV geri qaytarılıb

Bu ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 122 milyon 83,6 min manat olub.

Referans Media bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bundan əlavə, hesabat dövründə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 5 milyon 248,1 min manat təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki