Ceki Çan Bakıya gəldi – ilk FOTOLARI yayıldı

Dünyaca məşhur çinli aktyor və döyüş sənəti ustası Ceki Çan Bakıya gəlib.

Əfsanəvi aktyorun Azərbaycanda olması ilə bağlı sosial şəbəkələrdə müxtəlif görüntülər yayılır. Belə ki, azərbaycanlı məşhurlar Ceki Çanla birgə fotolarını paylaşırlar.

Aktyor Nicat Rəhimov Ceki Çanla çəkdirdiyi birgə fotonu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb: “Uşaqlığımın kumiri. Nə vaxtsa desəydilər ki, Ceki Çan ilə şəklim olacaq, özü də Bakıda – buna inanmazdım. Unutmayacağım anlardan oldu”.

Xatırladaq ki, əfsanəvi aktyor beynəlxalq “Tanrının Zirehi 4” (“Armor of God 4”) filminin çəkilişlərinə başlamaq üçün Bakıya gəlib.
Məlumata görə, filmin çəkilişləri Bakının ən məşhur və tarixi məkanlarında aparılacaq. Ekran əsərinin bəzi kadrları İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanında lentə alınacaq.

Qeyd edək ki, Ceki Çan filmdə yenidən macəraçı “Asiya Şahini” obrazını canlandıracaq. “Tanrının Zirehi 4” filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır./Musavat.com

8f1caffd-ffcd-41e8-981e-c1a261941bd8.jpg (193 KB)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki