Əsgərliyə gedən şəxslərin kredit borcu DONDURULUR?

Hüquqşünas Əkrəm Həsənov hərbi xidmətə çağırılan şəxslərin adına banklara olan kredit borclarının dondurulması ilə bağlı suallara aydınlıq gətirib.

Referans Media  xəbər verir ki, Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, əsgərliyə gedənlərin kredit borcu dondurulmur, qanunda belə bir şey yoxdur.

 
Hüquqşünas həmçinin bildirib ki, kreditin dondurulması, ümumiyyətlə, qanunda yoxdur: “Şəxs əsgərlikdədir, yaxud xəstədir, öldü, bunun məsələyə aidiyyəti yoxdur. O, əmlakı ilə borcuna görə cavabdehdir. Bəli, ola bilər ki, bank güzəşt etsin, gözləsin. Yaxud gözləməyə də bilər”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki