Etibar Qasımova yüksək vəzifə verildi

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma departamentinə rəhbər təyin edilib.

Referans Media plat.az-a istinadən bildirir ki, bu vəzifə Etibar Qasımova həvalə edilib.

E.Qasımov bundan öncə Dövlət Gömrük Komitəsində tenderlər üzrə menecer, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Satınalma departamentinin direktor müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Xidmətin icraçı direktoru Emil Şolandır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki