“Evdə tək” filminin ulduzu Ketrin O`Hara vəfat edib.
Referans Media xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
71 yaşlı Ketrin O’Hara təxminən 50 il ərzində Hollivud filmlərində rol alıb. Bu müddət ərzində 100-dən çox müxtəlif layihədə iştirak edib.
Ona şöhrət gətirən filmlər isə “Evdə tək”, “Penelopa” filmləri olub.
O’Hara yaradıcılığına görə “Qızıl Qlobus”, “Emmy” və ABŞ Kinoaktyorlar Gildiyasının mükafatı ilə təltif olunub.//globalinfo.az
